4 Eylül 2018 Salı

Android Telefona ROOT Atmaq

Telefona Root atmaq deyəndə hərkəs məsafəli yaxınlaşır. Telefonunuza root atdığınızda ətrafınızdakı dost, tanışınızdan mənfi reaksiya ala bilərsiniz. Ancaq işin əsli elə deyil. Telefona root atmaq bəzi root istəyən proqramların işləməsinə imkan verir. Lakin unutmayın əgər telefona root atsanız teefonunuz qarantidən çıxacaqdır.


Telefona root atsam mənə nə faydası olar ?

Telefonunuzun prosessor sürətindən tutmuş, kamera, flaş performansına qədər kişisəlləşdirib istəyiviz kimi telefonunuzu istifadə edə bilərsiniz. Google Play marketdə bir çox root istəyən proqramlar var. Bu proqramları telefonunuza yükləyərək yararlana bilərsiniz.


Android telefonlarda root necə edilir ?

Root atmanın bir çox yolu var ancaq bu gün sizlərə çox vaxtınızı almayan, asan bir yol göstərəcəm.


  1. Əvvəlcə Kingo RooT adlı proqramı yükləyin. Yükləmək üçün aşağdakı düyməyə basın.
  2. Telefonunuzu kompyuterə USB vasitəsi ilə qoşun. (Telefonunuzun USB Sazlanması Modu Açıq Olsun Bu modun açılması haqqında məlumat əldə etmək üçün Tıklayın

  3. RooT düyməsinə bastıqdan sonra əməliyyat başlayacaqdır. Telefonunuza görə bu vaxt ala bilər. (2-5 dk arası)

Əməliyyat bitdikdən sonra telefonunuz artıq rootlu bir telefon olur. Bundan sonra root istəyən faydalı proqramları yükləyib istifadə edə bilərsiniz. Ancaq yadınızdan çıxarmayın root atmaq telefonunuzu qaranti əhatəsindən çıxardır və telefonunuz təhlükələrə qarşı açıq hala gələ bilər.

Hiç yorum yok:

Yorum Gönder